• Gündəm • İdman

Milli Paralimpiya Komitəsinin nümayəndə heyyəti Belarusda

169
25-06-2019, 17:25

Milli Paralimpiya Komitəsinin nümayəndə heyyəti Belarus Respublikasında səfərdədir.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyyəti II Avropa Oyunları çərçivəsində Belarus Respublikası Milli Paralimpiya Komitəsinin dəvəti ilə Minsk şəhərində rəsmi səfərdədir. 25-29 iyun tarixlərində davam edəcək səfər çərçivəsində müvafiq təşkilatlarla bir sıra görüşlər keçiriləcək və iki ölkənin Paralimpiya Komitələri arasında qarşılıqlı tərəfdaşlıq haqqında Memorandum imzalanacaq.

İ.Rəhimovu Komitənin birinci vitse prezidenti Natiq Qasımov, baş katib Kamal Məmmədov müşayət edirlər.

FACEBOOK ŞƏRH YAZ