• Gündəm • İdman

Daha iki boksçumuz 1/8 finalda - Avropa Oyunları

123
22-06-2019, 21:42

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın daha iki boksçusu mübarizəyə başlayıb.

BAKU.NEWS xəbər verir ki, əvvəlcə 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı rinqə çıxıb.

Yarışda ilk döyüşünü keçirən təmsilçimiz 1/16 finalda Gürcüstandan olan Giorgi Harabadzeni mübarizədən kənarlaşdırıb. Rəqibinə 4:1 hesabı ilə qalib gələn Kamran adını 1/8 finala yazdırıb.

Bundan başqa Cavid Çələbiyev də adını 1/8 finala yazdırıb. 60 kq çəki dərəcəsində çıxış edən boksçumuz 1/16 finalda Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviçi 5:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bunadək boksçularımızdan Tayfur Əliyevlə (56 kq) Lorenzo Sotomayor (69 kq) 1/8 finala yüksəlib.

FACEBOOK ŞƏRH YAZ