• Gündəm • Hadisə

Kürdəmirdə işıq dirəyi aşdı, taxıl sahəsi yandı

114
21-06-2019, 23:17

Kürdəmirdə işıq dirəyinin əkin sahəsinə aşması nəticəsində vətəndaşa məxsus yonca və taxıl sahəsi yanıb.

BAKU.NEWS-ın bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Pirli kəndində qeydə alınıb.

İşıq dirəyinin aşması nəticəsində kənd sakinləri Abdullayev Ömürağa Yunus oğluna və Kərimov Mirzə Məmmədkərim oğluna məxsus 2 hektar yonca, 1 hektar biçilmiş və götürülməmiş taxıl sahəsi yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir yanğından mühafizə idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Qeyd edək ki, analoji hadisə Pirli kəndində bir neçə dəfə yaşanıb və nəticədə vətəndaşlara xeyli ziyan dəyib.

FACEBOOK ŞƏRH YAZ