• Gündəm • Bölgə • Hadisə

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

194
21-06-2019, 00:11

BAKU.NEWS-un Aran Bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisindən keçən körpünün yaxınlığında qeydə alınıb.

Rayonun Sarvan kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Əmrah Füzuli oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən digər maşınla toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü və avtomobildə olan Cəlilabad rayonunun Göytəpə şəhər sakinləri - Bəhrəmov Kazım Qasımxan oğlu və onun oğlu Bəhrəmov Elvin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ