• Gündəm • Hadisə

Bakıda bir gecədə iki qadını maşın vurdu

125
18-06-2019, 00:13

Sabunçu rayonunda avtomobil piyadanı vurub.

Hadisə Bakıxanov qəsəbəsində baş verib. Naməlum avtomobil piyada, 1963-cü il təvəllüdlü Razakova Zemfira Sergey qızını vurub.

Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

İkinci hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil 1959-cu il təvəllüdlü İbrahimova Solmaz Şirin qızı vurulub.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ