• Gündəm • İdman

Qurban Qurbanov oğlunun oyunundan danışdı

393
16-06-2019, 15:14

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oğlu Musanın oyunu barədə fikirlərini açıqlayıb.

BAKU.NEWS xəbər verir ki, məşqçi “Report”a müsahibəsində “Səbail” ilə yoxlama matçında M.Qurbanovun sərgilədiyi oyuna toxunub.

“Musa ilə yanaşı, gənc futbolçularımızın əsas heyət oyunçularımızla bir yerdə olmalarını istədik. Əlbəttə ki, hələ üzərilərində çox işləməlidirlər. Onlardan biri də Musadır. Hansı cəhətləri xoşuma gəldi, hansılar yox - təkcə mənim üçün yox, hər bir baş məşqçi üçün bunu demək düzgün olmaz”, - deyə o vurğulayıb.

Qeyd edək ki, həmin oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

FACEBOOK ŞƏRH YAZ