• Gündəm • İdman

Bakıda Alpaqut Turan döyüş sənəti üzrə rayon birinciliyi keçirilir - FOTO

289
16-06-2019, 14:52

Bu gün Alpaqut Turan Döyüş Sənəti üzrə uşaqlar, yeniyetmələr, gənclər və kişilər arasında Sabunçu rayon Açıq birinciliyi start götürüb.

Azərbaycan Alpaqut Federasiyasının Hakimlər Kollegiyasının sədri Elşən Məmmədov BAKU.NEWS-a açıqlamsında bildirib ki, bu gün keçirilən rayon birinciliyi 15 iyun Qurtuluş gününə həsr edilib.

Yarışda Moik, Zirvə, Sabunçu, Suraxanı, Gömrükçü komandaları iştirak edirlər. Ümimilikdə isə yarışda 100-ə yaxın idmançı iştirak edir. Yarışda 8-9 yaş qurupundan 18 yaş qrupuna kimi olan idmançılar qatılıb.

Azərbaycan Alpaqut Turan Döyüş Sisitemləri Mərkzinin Sabunçu filialının sədri Emil Şamilov yarışla bağlı BAKU.NEWS-a bildirib ki, yarışı keçirtməkdə əsas məqsəd Bakı şəhəri və Bakıətrafı rayon və qəsəbələrdə idmançıların döyüş səviyyəsinin yoxlanılması, qaliblərin müəyyən edilməsi və qarşıdan gələn Respublika Kubokuna hazırlıq səviyyəinin artırılmasıdır. Yarış Sabunçu rayon Gənclər və İdman İdarəsi, və Azərbaycan Alpaqut Federasiyasının Sabunçu rayon nümayəndəliyi tərəfindən keçirilir. Ümumiyyətlə isə bu kimi yarışların keçirilməsi Milli döyüş sənəti olan Alpaqutun Respublika ərazisində inkişafına dəstək olmaqdır.

Bakıda Alpaqut Turan döyüş sənəti üzrə rayon birinciliyi keçirilir - FOTO


Qeyd edək ki, “Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut döyüş sənətinin yarış qaydaları dörd sistemdən- aypara, batur, caymaz və qurşaqdan ibarətdir.

Alpaqut türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezləşdirilməsi ilə yaradılıb.




FACEBOOK ŞƏRH YAZ