• Gündəm • Cəmiyyət • Sosial

Azərbaycanda Qarabağ əlili şəhid ailələrinə pulsuz xidmət göstərir - FOTO

377
15-06-2019, 17:14

Sumqayıt şəhər sakinindən xeyirxah addım.

BAKU.NEWS xəbər verir ki, Sumqayıt şəhərində yaşayan 1973-cü il təvəllüdlü, əslən Qubadlıdan olan Əmrah Ədil oğlu Quliyev öz işlətdiyi mağazada xeyirxah addımı ilə yadda qalır. Həmin mağazada şəhid ailələrinə çörək pulsuz verilir.

Əmrah Quliyev açıqlamasında bildirib ki, öz şəxsi yük maşını ilə şəhid ailələrinə pulsuz yükdaşıma xidməti göstərir.

Müsahib öz xeyirxah əməlini bu cür izah edib: "Mən özüm də şəhid ailəsiyəm. Qardaşım Quliyev Məhəmməd Ədil oğlu Kəlbəcərdə gedən döyüşlərdə şəhid olub. Ailədə 5 nəfərik: iki oğlum, bir qızım var. Qarabağ döyüşlərində iştirak etmişəm, ağır yaralanmışam. Hərbi xidmətdə fərqlənməyə görə fəxri fərmanlarla təltif olunmuşam.


Azərbaycanda Qarabağ əlili şəhid ailələrinə pulsuz xidmət göstərir - FOTO




Şəhid və kimsəsiz ailələrə pulsuz yardım göstərmək istədim. Onlara kömək məqsədilə bu cür yola əl atdım. Şəhid ailələrinə diqqət önəmlidir. Onlara borcumu bu yolla ödəməyə çalışıram".




FACEBOOK ŞƏRH YAZ