• Gündəm • İqtisadiyyat • Cəmiyyət • Sosial

Novruz yarmarkasında qiymətlər bazardakından xeyli ucuzdur

95
2-03-2019, 13:04

Martın 2-də Nizami rayonunun Naxçıvanski küçəsi 74 ünvanında (8-ci kilometr yarmarkası) kənd təsərrüfatı məhsullarının satışı yarmarkası açılıb.
Baku.News AZƏRTAC- a istinadən xəbər verir ki, səhər saat 9.00-dan etibarən açılan Novruz yarmarkasında respublikanın bir çox bölgələrindən gəlmiş fermerlər alıcılara öz yetişdirdikləri məhsulları təklif edirdilər.
Məhsullar müxtəlif çeşiddə və bazar qiymətindən xeyli ucuz olduğundan müştəriləri qane edirdi. Bu baxımdan yarmarkada qələbəlik vardı.
Kənd təsərrüfatı naziri İnam Kərimov səhər saatlarında yarmarkanı ziyarət edib, fermerlərlə görüşüb, məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarka martın 16-dan 21-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsində məqsəd istehsalçıların məhsullarını bazara çıxarmasına kömək etmək, süni qiymət artımının qarşısını almaqdır.

FACEBOOK ŞƏRH YAZ