Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötür.
Baku.News xəbər verir ki, ölkə 1992-ci il martın 2-də dünyanın ən mötəbər təşkilatına – BMT-yə üzv qəbul edilib.
BMT Baş Məclisinin həmin gün keçirilən 46-cı sessiyasında Azərbaycanın üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul olunub. Beynəlxalq qurumun 181-ci üzvü olan dövlətimizin üçrəngli bayrağı martın 2-də Nyu-Yorkda qaldırılıb. Həmin il may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.
2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycan 155 dövlətin dəstəyini alıb. Azərbaycan 2011-ci il oktyabrın 24-də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə kimi tarixə düşüb, 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik edib.
• Siyasət
• Gündəm
Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötür

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Azad Rəhimovun komaya düşmə xəbərinə nazirlikdən açıqlama gəldi - YENİLƏNİB
-
İctimai nəqliyyat iki gün işləməyəcək
-
Ermənistanın baş virusoloqu ölkədən qaçdı
-
Peyvənddən sonra immunitet neçə gün müddətində yaranır?
-
Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanılıb
-
Bill Qeyts koronavirusa qarşı peyvənd olundu
-
Baş Prokurorluq Masallıdakı əməliyyatla bağlı məlumat yaydı
-
Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək
-
Masallıda xəstəxanada əməliyyat keçirildi - Baş həkim saxlanıldı
-
Türkiyə daha bir ölkə ilə uçuşları dayandırdı
-
İnam Kərimov 13-cü Berlin Konfransında iştirak edib - FOTO
-
Yaqub Mahmudov vəzifəsindən azad edildi