• Gündəm • İdman

Milli Paralimpiya Komitəsindən Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına təşəkkür

528
10-06-2019, 20:08

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (ADBTİA) "İBSA Judo Grand Prix Baku 2019" yarışının təşkili və keçirilməsində fəal dəstəyə görə təşəkkürnamə təqdim edib.

Milli Paralimpiya Komitəsindən Baku.News-a verilən məlumata görə Təşəkkürnamə akademiyanın İdman Jurnalistikası Magistr Proqramının direktoru Den Meysona təqdim olunub. Yarışın işıqlandırılmasında fəal iştirak edən tələbələrə isə sertifikatlar verilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin ofisində baş tutan görüş zamanı MPK prezidenti İlqar Rəhimov para cüdo yarışlarının keçirilməsində göstərilən dəstəyə görə, ADBTİA-nın rektoru Fuad Hacıyevə təşəkkürünü çatdırıb.
Xatırladaq ki, 13-14 may 2019-cu il tarixlərində Bakıda para cüdo üzrə beynəlxalq qran-pri yarışı keçirilib. Yarışda 35 ölkədən 300-ə yaxın idmançı iştirak edib. Azərbaycanın cüdo üzrə paralimpiya yığma komandası 11 medal qazanmaqla, medal sayına görə, 35 komanda arasında birinci yerə çıxıb.


FACEBOOK ŞƏRH YAZ