• Gündəm • İdman

Azərbaycanlı güləşçi erməniyə qalib gəlib medal qazandı

123
4-06-2019, 23:18

İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında yunan-Roma millimiz ilk medalını qazanıb.

Baku.News xəbər verir ki, 55 kq çəki dərəcəsində güləşən Zaur Əliyev bürünc medal uğrunda görüşdə ermənistanlı rəqibi Qevorq Sukiasyana 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, sabah 60 kq-da mübarizə aparan Əsgər Əlizadə də qızıl medal qazanmaq şansı əldə edib. Onun finaldakı rəqibi də erməni idmançısı Sahak Ovanisyandır.

FACEBOOK ŞƏRH YAZ