• Gündəm • İdman

Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələrini genişləndirir

1 211
4-06-2019, 16:51

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestusis Yankauskas ilə görüşüb.
MPK prezidenti İlqar Rəhimov komitənin fəaliyyəti barədə səfirə geniş məlumat verib. O qeyd edib ki, 1996-cı ildə yaradılan komitənin 16 idman növündə bu gün minlərlə idmançısı var. Bu illər ərzində komitə böyük bir ictimai hərəkata çevrilib. İdmanla yanaşı əlillərin cəmiyyətə inteqrasiyası, sosial həyatı və reabilitasiyası ilə bağlı məsələlərə də diqqət ayrılır.
İ.Rəhimov Uşaq Paralimpiya Komitəsi barədə də səfirə məlumat verib. Onun sözlərinə görə, əlilliyi olan uşaqlar bu gün idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunur. İndiyə qədər ölkədə 4 uşaq paralimpiya oyunları keçirilib. Sonuncu oyunlarda Gürcüstandan da paralimpiyaçı uşaqlar dəvət olunublar. Gələcəkdə bu prosesin beynəlxalq tədbirə çevrilməsi istiqamətində işlər görülür.
Səfir Kestusis Yankauskas MPK-nın fəaliyyətini maraqla qarşılayıb və görülən işlərin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Avropa Birliyi dövlət qrumları və Heydər Əliyev Fondu ilə birgə layihələr həyata keçirib. Ölkəmizdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunması istiqamətində layihələr həyata keçirməyə də maraqlıdır. Tvinninq və TAEX proqramları bu cür layihələrin həyata keçirilməsi üçün vasitə ola bilər.
Görüşün sonunda birgə layihələr həyata keçirilməsi ilə bağlı ilkin razılaşmalar əldə edilib.
MPK-nın ofisində keçirilən görüşdə komitənin birinci vitse-prezidenti Natiq Qasımov, vitse-prezident İlham Zəkiyev, baş katib Kamal Məmmədov və komitənin digər əməkdaşları iştirak ediblər.

Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələrini genişləndirir


FACEBOOK ŞƏRH YAZ