• Gündəm • Sosial

Ramazan fitrəsi necə çıxarılır və kimə verilməlidir - MÜSAHİBƏ

453
4-06-2019, 08:40

Sabah Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunacaq. Ölkənin əksər məscidlərində bayram namazları qılınacaq. Ramazan ayının xüsusi əməllərindən biri də Ramazan fitrəsinin çıxarılmasıdır.

Bəs Ramazan fitrəsi necə çıxarılmalıdır? ,fitrənin məbləği nə qədərdir? fitrə çıxarılarkən kimə verilməlidir? və s kimi suallara aydınlıq gətirmək üçün Baku.News İçəri şəhər “Cümə məscidi” dini icmasının sədri, ilahiyyat doktoru hacı Surxay Məmmədli ilə müsahibə edib.


Ramazan fitrəsinin məbləği nə qədərdir və necə çıxarılır?

Hər bir oruc tutan müsəlman ən çox istifadə etdiyi qida məhsulunun 3 kq çəkisi dəyərində fitrə çıxarmalıdır: “Biz ən çox çörək yeyirik. Ona görə də, un, buğda, düyü və bu kimi ərzaq məhsullarının 3 kq misli dəyərində fitrə verilməlidir. Ümumilikdə hər adam 2 manat civarında fitrə çıxarmalıdır. Maddi durumu zəif olanlar arpa məhsulunun 3 kq misli dəyərində fitrə verə bilərlər. Əgər bir insanın gündəlik tələbatını ödəmək imkanı varsa mütləq fitrə çıxarmalıdır. Dolanışığında çətinlik olan, gündəlik qida tələbatını ödəyə bilməyən müsəlmana isə fitrə vermək vacib buyurulmur.”

Fitrə kimə verilməlidir?

Fitrə zəkatını qohum-əqrəbada, qonşuluqda olan fəqirə vermək müstəhəbdir: “Əgər yaxında, qohum-əqrəbada və qonşuda fəqir yoxdursa, onu uzaq bir fəqirə vermək olar.

Fitrə zəkatı nə vaxta kim verilməlidir?

Fitrə zəkatını vermək fərzdir. Bir şəxsin özünün və ailəsinin ehtiyacından artıq qalan əmlakı nisab həddinə çatsa, öhdəsinə fitrə zəkatı düşür. Fitrə zəkatını verməyin qaydası belədir: bayram gecəsi təzə ayın əvvəli olması sübuta yetdikdən sonra fitrə ayrılmalı və səhər tezdən zöhr namazına qədər verilməlidir. Əgər insanın nəzərində tutduğu fitrəni verəcəyi şəxs uzaq bir yerdə və ya başqa şəhərdə olarsa, onu gözləməyin eybi yoxdur. Əsas odur ki, bayram gecəsi fitrə zəkatı ayrılıb hazır qoyulsun.

Fitr bayramı gecəsinin gün batan çağına hətta bir neçə an qalsa belə, həddi-buluğa çatan, ağıllı və fəqir olmayan bir şəxsə özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün fitrə zəkatı verməsi vacibdir. Fitr bayramı gecəsində (məğrib vaxtında) o, özünün çörək yeyənləri hesab olunan şəxslərin də fitrə zəkatını verməlidir.

Təşəkkür edirik Hacı,

Çox sağolun !

FACEBOOK ŞƏRH YAZ