• Gündəm • İdman

Qadın cüdoçularımız Rumıniyada Avropa açıq kubokunda 4 medal qazanıblar

149
2-06-2019, 23:11

Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kubokunda Azərbaycanın qadın cüdoçularından ibarət komandası uğurla çıxış edərək 1 qızıl, 3 bürünc medal qazanıb.


Baku.News-un məlumatına görə, qızıl medalı komandamızın aktivinə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yazdırıb. İdmançı Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq) və İçinkorloo Munxtsedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb.

Qeyd edək ki, 29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turniri iyunun 1-2-də keçirilib.

FACEBOOK ŞƏRH YAZ