• Gündəm • Mədəniyyət

Azərbaycanlı yazarın fotosu Qazaxıstan jurnalının “qapaq fotosu” oldu

179
30-05-2019, 18:54

Baku.News xəbər verir ki, qardaş Qazaxıstanın elmi-ədəbi və təhsil jurnalı “Bilim tayms” (“ELM vaxtı” – “BİLİM times”) şair-publisist Əkbər Qoşalının fotosunu yeni sayına “qapaq fotosu” seçib. Musavat.com xəbər verir ki, gələn sayında Əkbər Qoşalının şeirlərini yayımlayacaq “Bilim tayms”ın baş redaktoru Erkinbek Serikbay, bu jesti Əkbər Qoşalının timsalında Azərbaycan yeni nəsil yazarlarına, onların yaradıcılığına diqqət və sayğının, qardaşlıq duyğusunun təzahürü kimi izah edib.

Azərbaycanlı yazarın fotosu Qazaxıstan jurnalının “qapaq fotosu” oldu


Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünün qeyd olunduğu günlərə təsadüf etməsi ilə özəl anlam daşıyan bu jest, Əkbər Qoşalının iki qardaş ölkə, ümumən türk ölkə və topluluqları arasında ədəbi-mədəni əlaqələrin güclənməsinə verdiyi töhfələrə diqqətin, məhəbbətin ifadəsidir. Onun rəhbəri olduğu layihələr çərçivəsində qardaş Qazaxıstan yeni nəsil yazarları dəfələrlə Azərbaycanda səfərdə olub, qazax gənclərinin yaradıcılıq örnəklərinin də yer aldığı kitablar gün üzü görüb; 2017-ci ildə isə Bakıda 57 şairin şeirləri toplanmış “Yeni Qazax şeiri Antologiyası” çıxıb. Antologiyanın 20 qazax şairinin iştirakı ilə Bakıda, Sumqayıtda (2017), habelə Almatada (2018) təqdimatları keçirilib. 2018-ci ildə isə Astanada “Yeni zaman Azərbaycan şeiri” antologiyası gün üzü görüb.



Qeyd edək ki, “Bilim tayms” 2017-ci ildə təsis olunub. Artıq qazax elmi-ədəbi, pedaqoji ictimaiyyətinin nüfuzlu nəşri halına gəlib. Jurnalın baş redaktoru Erkinbek Serikbay istedadlı yazıçı, tərcüməçi, türk dünyası gənc yazarları arasında tanınan imzadır.

FACEBOOK ŞƏRH YAZ