• Gündəm • Cəmiyyət

Yol polisi Avropa Liqasının final oyunu ilə əlaqədar azarkeşlərə çağırış edib

543
29-05-2019, 16:17

"Avropa Liqasının final oyunu ilə əlaqədar olaraq, Dövlət Yol Polisinin (DYP) əməkdaşları gücləndirilmiş iş rejimi ilə xidmət aparır".

Bunu Baku.News -a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədovun sözlərinə görə, Bakı şəhərinin inzibati ərazisinə daxil olan küçə və prospektlərdə heç bir maneə yoxdur və avtomobillər sərbəst şəkildə hərəkət edirlər: "Şəhərin R.Behbudov və Bülbül küçələrinin kəsişməsindən Ü.Hacıbəyli küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdirilib. Turistlərin və azarkeşlərin rahat, fasiləsiz hərəkətinin təşkil edilməsi və onların gəzintisinin təmin edilməsi ilə bağlı Füzuli, Ş.Bədəlbəyli, Ü.Hacıbəyli və bunlara bitişik olan küçələrdən “Qış parkı” və “Sahil bağı” istiqamətində şəraitdən asılı olaraq qismən avtomobillərin hərəkət istiqamətlərinin dəyişdirlməsi planlaşdırılıb".

V.Əsədov əlavə edib ki, azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkətinin təşkil edilməsi üçün metronun Koroğlu, 28 May və Q.Qarayev metro stansiyalarının qarşısında xüsusi avtobuslar ayrılıb: "Azarkeşlərdən, şəhərimizin qonaqlarından və sürücülərdən xahiş edirik ki, Bakı Olimpiya Stadionu istiqamətinə şəxsi avtomobilləri ilə hərəkət etmək əvəzinə, təyin olunmuş avtobuslardan istafədə etsinlər. Futbola baxmaq istəyən, lakin bileti olmayan şəxslər üçün müxtəlif ərazilərdə, monitorlar quraşdırılıb ki, həmin monitorlar vasitəsi ilə final oyununu izləmək mümkün olacaq”.

FACEBOOK ŞƏRH YAZ