• Səhiyyə • Gündəm • Koronavirus

Koronavirusa yoluxanların sayı açıqlandı

68
13-10-2021, 18:05

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.NEWS-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 36 394 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 919 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 073 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 156 599 təşkil edir.

FACEBOOK ŞƏRH YAZ