• Cəmiyyət • Gündəm

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapıldı

435
13-10-2021, 19:27

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

BAKU.NEWS bildirir ki, bu barədə APA-ya onun qardaşı Vüqar Əliyev məlumat verib.

O, bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq. Qeyd edək ki, şəhid hərbi qulluqçumuz Vətən müharibəsi zamanı oktyabrın 6-da Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Allah rəhmət eləsin!

FACEBOOK ŞƏRH YAZ