• Maliyyə • Gündəm

“Kapital Bank” ilk dəfə sahibkarlara rəqəmsal biznes kartı təqdim edir

97
13-10-2021, 17:33

“Kapital Bank” hüquqi şəxs və fərdi sahibkarlar üçün yeni rəqəmsal biznes kart məhsulunu təqdim edir. Bununla da hüquqi şəxs və fərdi sahibkarlar Banka gəlmədən saniyələr ərzində kart sahibi ola bilərlər. Sahibkarlar rəqəmsal biznes kartı Müştəri Bank sisteminin həm veb, həm də mobil versiyası vasitəsilə asanlıqla yaradıb və dərhal istifadə edə bilərlər.

Rəqəmsal biznes kartın bir sıra üstünlükləri var: 24/7 rejimində ödənişlər etmək; nağd vəsaitlərin əldə edilməsi (QR nağdlaşdırma), Bankın ATM və terminallardan karta mədaxil etmək, Müştəri Bank vasitəsilə kart hesablarının idarə olunması, fərdi limitlərin təyin edilməsi, kart üzrə keçən əməliyyatların izlənməsi, hesabdan çıxarışların əldə edilməsi, vəsaitlərin təhlükəsiz istifadəsi və sair.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və sair).

Müştəri Bank sisteminə qoşulmaq üçün “https://cb.kapitalbank.az/login” linkinə keçid etmək və ya (+99 412) 310-09-99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25 faizədək güzəşt əldə etmək mümkündür.

FACEBOOK ŞƏRH YAZ