• Siyasət • Gündəm

Ceyhun Bayramovla İran XİN rəhbərinin danışığı baş tutdu

72
13-10-2021, 09:34

Xarici işlər naziri Ceyhun Bayramovun İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.

BAKU.NEWS xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib.

Nazirlər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

FACEBOOK ŞƏRH YAZ