• Siyasət • Gündəm

Gömrük dərəcələrinin müddəti 3 il uzadıldı - Baş nazirdən qərar

81
12-10-2021, 16:50

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

BAKU.NEWS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələri 2024-cü ilin sonunadək uzadılıb. Hökumətin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2021-ci il 11 oktyabr tarixli 303 nömrəli Qərarı saflaşdırılmış və saflaşdırılmamış mis, mis ərintiləri, mis tullantıları və qırıntılarına tətbiq edilən ixrac rüsumunun dərəcələrinin 2024-cü ilin sonunadək uzadılmasını nəzərdə tutur. 2024-cü ilin sonunadək ixrac rüsumunun dərəcəsi gömrük dəyərinin 10 %-i, lakin 1 tona görə 300 ABŞ dollarından az olmamaqla təsbit olunub.

FACEBOOK ŞƏRH YAZ