• Mədəniyyət • Gündəm

Heydər Əliyev Sarayı “Nizami” operasını səhnələşdirəcək

500
12-10-2021, 13:46

Heydər Əliyev Sarayı XX əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını səhnələşdirəcək.

BAKU.NEWS xəbər verir ki, Mədəniyyət Nazirliyi və "BEAT Group" şirkəti, "VISA"nın dəstəyi ilə səhnələşdirilən musiqili əsər dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Layihə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı ilə birgə nəzərdə tutulur.

Layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımov, layihənin rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev və quruluşçu xareoqrafı Əməkdar artist Ceyhun Qubadovdur.

Tamaşada Əməkdar artist Ramil Qasımov, Əməkdar artist İnarə Babayeva, Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin İsmayılov yer alıblar.

FACEBOOK ŞƏRH YAZ