• İdman • Gündəm

Fərid Qayıbov Rusiya və Yaponiya səfirləri ilə görüşüb

492
12-10-2021, 10:05

Gənclər və idman naziri Fərid Qayıbov Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru İrek Zinnurov, həmçinin Yaponiyanın fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada, 3-cü katib Ono Taiçi və səfirliyin əməkdaşı Aysel Məmmədli ilə görüşüb.

BAKU.NEWS Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən xəbər verir, görüşlərdə hər iki ölkə ilə ikitərəfli əlaqələrin əhəmiyyəti vurğulanıb, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarında və Rusiyanın Kazan şəhərində təşkil edilmiş I MDB Oyunlarında Azərbaycan idmançılarının çıxışları barədə danışan F.Qayıbov hər iki yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

FACEBOOK ŞƏRH YAZ