• İqtisadiyyat • Gündəm

Bəzi marşrutların hərəkət sxeminə dəyişiklik edilib

256
7-10-2021, 10:55

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 149 və 164 nömrəli müntəzəm marşrutun hərəkət sxemlərində dəyişikliklər edilib.


Bu barədə BAKU.NEWS-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, dəyişiklik əsasında 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi 20-ci Sahə, 164 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Lökbatan qəsəbəsi (Mədəniyyət sarayı) olaraq müəyyən edilib.

Bununla yanaşı, Sanqaçal qəsəbəsində vətəndaşların ictimai nəqliyyatdan istifadəsində yaranan çətinliyin aradan qaldırılması məqsədilə Sanqaçal qəsəbəsi – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində 196 nömrə adı altında yeni şəhərətrafı müntəzəm marşrut təşkil edilib.

Marşrutlar üzrə avtobusların hərəkəti sərnişin təlabatına uyğun olaraq tənzimlənəcək.

Qeyd edək ki, edilən dəyişikliklər oktyabrın 9-dan həyata keçiriləcək.

FACEBOOK ŞƏRH YAZ