• İqtisadiyyat • Gündəm

Rolls-Royce və elektrik enerjisi: KEÇMİŞİ, BU GÜNÜ VƏ GƏLƏCƏYİ BİRLƏŞDİRƏRƏK

1 300
28-09-2021, 11:38

"Bizim şirkət ilk ultra dəbdəbəli elektrik avtomobilinin yaradılması üzrə tarixi yola qədəm qoyur. Və bu, çoxlarının düşündüyündən daha tez baş verəcək.

Bu sənaye üçün unikal bir irsə sahibik. Şirkətin təsisçiləri və markanın təşəkkül tapdığı illərdə onlarla birlikdə çalışanlar elektrik texnologiyaları sahəsində pioner və öz dövrünün avtomobil sənayesinin aparıcı mütəxəssisləri olmuşlar. Bu gün mən qürurla onların ruhlandırıcı hekayələrini bölüşürəm və şirkətimizin ən erkən illərinə işıq saçıram" - Torsten Müller , Rolls-Royce Motor Cars şirkətinin icraçı direktoru.
Elektrik dartıcısına keçid uzun müddətdir avtomobil sənayesinin gələcəyi olaraq təyin edilmişdir.

Bu günə qədər Rolls-Royce elektrikləşdirmə strategiyasının səsləndirilməsi üç iddiaya gətirib çıxardı:
•marka bu onillikdə ilk elektrik avtomobilini təqdim edəcək (2020-2030-cu illər)
•ilk model hibrid deyil, tam elektrikli avtomobil (BEV) olacaq.
•biz bu modeli yalnız o zaman əldə edəcəyik ki, buna tam hazır olaq, hər bir element isə Rolls-Royce-in texniki, estetik və istismar standartlarına uyğun olsun.

Elektromobilin ekoloji cəhətdən təmizliyi və davamlı inkişaf prinsiplərinə uyğunluğu Rolls – Royce-nun bu onilliyin sonuna qədər ilk tam elektrik Rolls-Royce-ni buraxmaq niyyətini müəyyən edən əsas amillərdən biridir.
1900-cü ilin aprelində the Motor-Car Journal jurnalında dərc olunan müsahibədə Rolls elektrik güc qurğusunu bir əsrdən artıq gələcəyi görmə kimi səslənən sözlərlə təsvir etmişdir:

"Elektrikli avtomobil mükəmməl səssiz və təmizdir. Heç bir qoxu, vibrasiya yoxdur və stasionar dldurma stansiyaları qurmaq imkanı yarandıqda belə maşınlar çox rahat olacaq. Amma hələ ki, bu cür maşınlara xidmət etmək imkanının olmayacağını gözləyirəm – ən azı, bu illər ərzində".
2011-ci ildə şirkət, flaqmanın tam funksional və yola hazır elektrik versiyası olan Phantom Experimental Electric (102EX) buraxdı.
Avtomobil heç vaxt seriyalı istehsal üçün nəzərdə tutulmamışdı. Müştərilər, VIP -lər, media nümayəndələri və avtomobil yenilik həvəskarları arasında elektrik sürücülük texnologiyasını sınaqdan keçirmək üçün bir prototip rolunu oynadı. Testlərdə iştirak edənlər təəssüratlarını və şərhlərini Rolls-Royce dizaynerlərinə və mühəndislərinə yayımladı.

6,75 litrlik V12 benzin mühərriki və altı pilləli sürət qutusu nəhəng litium-ion akkumulyator paketi və arxaya bərkidilmiş iki elektrik mühərriki ilə əvəz edilmişdir. Mühərriklər invertorlu və inteqrasiya edilmiş diferensiallı tək mərhələli transmissiya ilə birləşdirilmişdir. Bu güc qurğusu maksimum 290 kVt (və ya 394 at gücündə) və 800 Nm fırlanma anı təmin edərkən V12 benzin mühərrikli standart Phantom modelinin maksimum gücü 338 kVt (460 at gücü) və maksimum fırlanma anı 720 Nm idi.

2016-cı ildə təqdim olunan yenilikçi konsept avtomobil Vision Next 100 (103EX) gələcəyin dəbdəbəli avtomobilləri ilə bağlı uzunmüddətli marka strategiyasını müəyyən etmişdir.

103EX dörd əsas dizayn prinsipi üzərində qurulmuşdur:

•Gövdələr fərdi olaraq hazırlanacaq ki, bu da müştərilərin şəxsi zövqlərini və baxışlarını əks etdirən bənzərsiz dizaynda maşın sifariş etmələrinə imkan verəcək;
•süni intellekt virtual assistent və sürücü funksiyalarını yerinə yetirir, səyahət təcrübəsini mümkün qədər asan və xoş edir;
•nadir və yüksək keyfiyyətli materiallardan hazırlanmış avtomobilin salonu lüksün əsl "müqəddəs məkanına" çevrilir;
•uzunluğu 5,9 metr, hündürlüyü 1,6 metr olan avtomobil diqqətdən kənarda qalmayacaq və sahibini xüsusi əzəmətlə təyinat yerinə aparacaq.

Bu avtomobil, Rolls-Royce tərəfindən patentləşdirilmiş, tamamilə elektrik mühərriki və avtonom ötürücü ilə təchiz edilmiş yüngül platformada qurulmuşdur.

"EX" Prefiksi 103EX-in istehsalata getmək üçün nəzərdə tutulmayan eksperimental model olduğunu bildirir. Londonda baş verən fenomenal debütdən sonra konsept-kar üçillik dünya turuna yola düşüb və 2019-cu ildə Qudvudda Rolls-Royce zavoduna qayıdıb.








FACEBOOK ŞƏRH YAZ