• İdman • Gündəm

"Dəmir Yumruq" əməliyyatının başlanması gününə həsr edilmiş tədbir - FOTOLAR

1 010
27-09-2021, 19:40

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə 27 sentyabr "Dəmir Yumruq" əməliyyatının başlanması gününə həsr edilmiş tədbir keçirildi.

BAKU.NEWS bildirir ki, tədbirin gündəliyində iki məsələ müzakirə edildi.

1-ci məsələ : "Dəmir Yumruq" əməliyyatının uğurları və beynəlxalq əhəmiyyəti
2-ci məsələ isə 23- 27 dekabr  2021 ci il tarixində keçiriləcək Prezident kubokunun imzalanma mərasimi oldu.

ADFA Prezidenti Azər Həsənsoy və Baş katibi Vasif Namazov 44 günlük Vətən müharibəsinin nəticələrindən danışaraq və şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdi.  Sonda Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının üzvü olan Federasiyalar və təşkilatlar tərəfindən Prezident kuboku uğrunda beynəlxalq döyüş növləri festivalının əsasnaməsinin imzalanma mərasimi keçirildi.

Prezident kuboku uğrunda beynəlxalq döyüş növləri festivalının əsasnaməsini imzalayan Federasiya,  təşkilatlar və səlahiyyətli nümayəndələr:

Azərbaycan Uşu Federasiyası : Elçin Eminov

Azərbaycan MuayTay  Federasiyası:  Fəxri Əliyev

Azərbaycan Ciu-Citsu  Federasiyası: Mirəli Seyidov

Azərbaycan Alpaqut Federasiyası:  Nuranə Şıxəliyeva

Azərbaycan Real Aykido İdman klubu: Fariz Abdullayev

Taekvon-do İTF “Tornado” idman klubu:  Barat  Orucov

Kyokuşin Dünya Birliyi - KWU Azərbaycan Təşkilatı : Qələndər Aslanov

Azərbaycan Peşəkar “S1” liqası: Zaur Əsgərov

Azərbaycan Free Fighting Perşəkar döyüş təşkilatı: Sahib Yunusov

Gənc Vətənpərvərlər İctimai birliyi: Muğan Əliyev

Azərbaycan ValeTudo idman klubu : Samir Hüseynov













FACEBOOK ŞƏRH YAZ