• İdman • Gündəm

"Qarabağ" bu gün "Bazel"lə qarşılaşacaq

842
16-09-2021, 10:05

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı ilk sınağında İsveçrə "Bazel"ini qəbul edəcək.

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Ağdam təmsilçisinin heyətində zədəli müdafiəçilər Bədavi Hüseynov, Elçin Cəfərquliyev və zədəsini yeni sağaldan Rahil Məmmədov oynamayacaq.

Qonaqlarda isə qapıçı Feliks Gebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozito eyni səbəbdən meydana çıxmayacaq.

Oyun "Qarabağ"ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdar olacaq. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxacaq.

Bu qrupun digər görüşündə "Kayrat" Qazaxıstanda Kipr "Omoniya"sı ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, I tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Bazel" (İsveçrə)
Baş hakim: Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu.

FACEBOOK ŞƏRH YAZ