• İdman • Gündəm

Konfrans Liqası: Bu gün daha 14 oyun keçiriləcək

838
16-09-2021, 09:13

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

8 qrupda ümumilikdə 14 görüş baş tutacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 18:30, 20:45 və 23:00-da başlayacaq.

Günün ilk oyunu Azərbaycan təmsilçisi "Qarabağ"ın yer aldığı H qrupunda olacaq. Qazaxıstan "Kayrat"ı Kiprin "Omoniya" komandasını qəbul edəcək. Ağdam klubu isə Bakı Olimpiya Stadionunda İsveçrə "Bazel"i ilə üz-üzə gələcək.

A qrupu

20:45. HİK (Finlandiya) - LASK (Avstriya)

B qrupu

20:45. "Flora" (Estoniya) - "Gent" (Belçika)

23:00. "Anortosis" (Kipr) - "Partizan" (Serbiya)

C qrupu

23:00. "Budyo Qlimt" (Norveç) - "Zarya" (Luqansk, Ukrayna)

23:00. "Roma" (İtaliya) - "MOİK-Sofiya" (Bolqarıstan)

D qrupu

23:00. "Randers" (Danimarka) - AZ (Niderland)

23:00. "Yablonets" (Çexiya) - ÇFR (Kluj, Rumıniya)

E qrupu

20:45. "Slaviya" (Praqa, Çexiya) - "Union Berlin" (Almaniya)

F qrupu

20:45. "Linkoln" (Cəbəllütariq) - PAOK (Yunanıstan)

20:45. "Slovan" (Bratislava, Slovakiya) - "Kopenhagen" (Danimarka)

G qrupu

20:45. "Mura" (Sloveniya) - "Vitess" (Niderland)

20:45. "Renn" (Fransa) - "Tottenhem" (İngiltərə)

H qrupu

18:30. "Kayrat" (Qazaxıstan) - "Omoniya" (Kipr)

20:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Bazel" (İsveçrə)

Qeyd edək ki, A və E qruplarında ilk oyunlar sentyabrın 14-də keçirilib. İsrailin "Makkabi" (Təl-Əviv) klubu evdə Ermənistan "Alaşkert"ini darmadağın edib - 4:1. Hayfa "Makkabi"si isə Niderland "Feyenoord"u ilə qolsuz heç-heçə edib.

FACEBOOK ŞƏRH YAZ