• İqtisadiyyat • Gündəm

Azərbaycanın daha 11 şirkəti Rusiyaya alma ixrac etməyə icazə alıb

78
14-09-2021, 17:18

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") daha 11 Azərbaycan şirkətinin ölkəyə alma ixrac etməsinə icazə verib

BAKU.NEWS bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bu qərar müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə əsasən və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul edilib.

Həmin sahibkarlıq subyektləri aşağıdakılardır:

- "VELBA" MMC (Quba rayonu);

- Mamed-Zadə Qurban Nüsrət oğlu (Quba rayonu);

- MMC "SARA 313" (Quba rayonu);

- MMC "RR-AGRO" (Quba rayonu);

- Yalçın Nemət Oktay oğlu (Quba rayonu);

- Ayaz Ələkbərov Laçın oğlu (Qusar rayonu);

- Agasieva Rakhshenda Gamdulla qızı (Quba rayonu);

- Tağıyeva Təranə Sabir qızı (G. Xaçmaz);

- İP Əliyev Ramin Mehdi oğlu (Quba rayonu);

- MMC "GUBA AGRO" (Nərimanov rayonu);

- İsmayılova Xəyalə Həsənbaba qızı (Xətai rayonu).

FACEBOOK ŞƏRH YAZ