• İqtisadiyyat • Gündəm

Bakıda Qırğızıstan Ticarət Evi açılacaq?

65
13-09-2021, 16:49

Bakıda Qırğızıstan Ticarət Evinin açılışı planlaşdırılır.

BAKU.NEWS xəbər verir ki, bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev məlumat verib.

Diplomat bildirib: "Biz bu məsələ üzərində işləyirik"

Səfir qeyd etdi ki, sentyabrın 11 -də Qırğızıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycanın biznes strukturlarının nümayəndələri, eləcə də "Ələt" azad iqtisadi zonasının sədri Valeh Ələsgərovla bir sıra görüşlər təşkil edilib.

Görüşün yekununda tərəflər oktyabrın əvvəlində Qırğızıstan Respublikasında növbəti görüşün təşkil edilməsi barədə razılığa gəliblər.

FACEBOOK ŞƏRH YAZ