• Dünya • Gündəm • Koronavirus

İranda ötən sutka ərzində 487 nəfər koronavirusdan ölüb

252
13-09-2021, 11:40

İranda ötən sutka ərzində 487 nəfər koronavirusdan (COVID-19) ölüb, 20 min 219 nəfər yoluxub.

BAKU.NEWS xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 114 min 311 nəfərə,

yoluxanların sayı isə 5 milyon 295 min 786 nəfərə çatıb. Virus daşıyıcılarından 7 min 278 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 milyon 568 min 236 nəfər koronavirusdan sağalıb, 30,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 35 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 22,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 12,1 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 168 rayon qırmızı, 209 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 71 rayon sarı zona hesab olunur.

FACEBOOK ŞƏRH YAZ