• Siyasət • Gündəm

Ərdoğan «Ümumdünya Müsəlman Şəxsiyyəti» mükafatına layiq görülüb

444
11-09-2021, 16:37

Nigeriyanın "Muslim News Nigeria" qəzeti, 2020 -ci il Dünya Müsəlman Şəxsiyyəti Mükafatını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etmək niyyətindədir.

BAKU.NEWS-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qəzetin redaktoru Rəşid Əbubəkər sosial şəbəkələrdə yazıb.

O, yazını # MNAwards2020 hashtagı ilə paylaşıb və 2020 "Qlobal Müsəlman şəxsiyyət" mükafatlarının 18 sentyabrda Laqosda təqdim ediləcəyini açıqyıb.

Əbubəkər Ərdoğanın "Türkiyənin milli gücünü və iqtisadiyyatını" gücləndirdiyini qeyd edib.

"Prezident Ərdoğan humanitar məqsədlər irəli sürür və dünya arenasında müsəlmanların hüquqlarını müdafiə edir" , deyə o yazıb.

FACEBOOK ŞƏRH YAZ