• Mədəniyyət • Gündəm

Azərbaycanın ən böyük kitab layihəsi

737
31-08-2021, 14:16

AUDİO KİTAB görmə məhdudiyyətli şəxslər , eləcə də kitab dinləməyi sevən şəxslər üçün nəzərdə tutulmuş layihədir.

Layihədə dünya və Azərbaycan ədəbiyyatının klassik və müasir nümunələri , istənilən janrda  əsər və kitablar ölkəmizin teatr və dublyaj sənətində seçilən  simalar tərəfindən audio formada səsləndirilir .

Yüzlərlə müəllifin minlərlə kitabın sadəcə mobil tədbiqimizi  yükləyərək aylıq cuzi bir abunə haqqı ödəyərək  istənilən zaman , istənilən yerdə dinləyə bilərsiniz .

NİYƏ AUDİOKİTAB ?

Aylıq bir kitabın satış qiymətindən də az ödəniş etməklə 1001 adda və zövqdə kitab dinləyə bilərsiniz.

Dinləmək istədiyiniz kitabları bizə bildirərək qısa  rmüddət ərzində həmin kitabları nəfis səs tərtibatında dinləyə bilərsiniz .

Kitabları tətbiqin imkanları sahəsində kitab rəfinizə yükləyə, hissələrə ayıraraq istənilən zaman, istənilən müddətdə dinləyə bilərsiniz .

Tətbiq istifadəçiləri nəinki bədii, eyni zamanda dərsliklər və elmi ədəbiyyatları da əlavə ödəniş etmədən dinləyə bilərlər.

AUDİOKİTABa abunə olmaqla kitab sevərlər kitab dinləməklə yanaşı yazıçılarla görüş, kitab müzakirələri,  canlı qiraət və şeir gecələri, müsabiqələr və  özəl aksiyalardan yararlana biləcəklər.

AUDİOKİTAB  paralel olaraq Respublika Gözdən əlillər Kitabxanası, Sağlamlıq imkanları məhdud şəxslər üçün 5 saylı internat məktəbi, (Görmə məhdudiyyətli şəxslər üçün) Gözdən Əlillər Cəmiyyəti ilə  də əməkdaşlıq edəcəyi üçün həm də abunə olan şəxs ölkənin audio kitab bazasının zənginləşməsinə və görmə məhdudiyyətli şəxslər üçün də istənilən kitabın əl çatanlığına şərait yaradacaq.

Layihənin üzərində peşəkar qiraətçilər, redaktor və texniki heyət çalışdığı üçün kitablarda söz və hərf səhvləri, səs qüsurları yol verilməzdir.

Tətbiqdə nəinki Azərbaycan dilli, həmdə xarici dilli auditoriya üçün də kitabların səsləndirməsi nəzərdə tutulur.

Kitab seçimində dinləyici rəyləri ilə yanaşı bestsellerlər, ən çox satanlar da nəzərə alınacağından AUDİOKİTAB zamanla da ayaqlaşacaq .

Səsləndirilən kitablarda müəlllif və nəşriyyatlarla rəsmi  müqavilələrin bağlanması kitab sahəsində piradçılıq və müəllif hüquqlarının pozulması hallarının qarşısın alacaq.

İLKİN MƏRHƏLƏDƏ AUDİOKİTABDA NƏZƏRDƏ TUTULAN TƏDBİQ DAXİLİ 10 LAYİHƏ .

Naşirlərlə oxucular arasında görüşlərin keçirilməsi .

Qiraətçilərimizin  iştirakı ilə şeir gecələri və canlı kitab dinləmələri.

Layihənin sosial media hesablarında  keçirilcək müsabiqələr və hədiyyələr.

Kitabların mövzusu haqqında qısa fraqment və Book treylerlər.

Partnyor şirkətlərlə müntəzəm aksiyalar, endirim və AudioKitab abunəçilərinə özəl hədiyyələr.

Görmə məhdudiyyətli şəxslərlə görüş və kitab müzakirələri.

AUDİO KİTAB və dövlət qrumıarı arasında körpü, qanun və qanunun tələblərinin sosilal həssas qrupa izahı üçün audio izahlar.

AudioKitabın mediada təbliği və layihədən daha çox şəxsin xəbərdar olması.

20-ci əsrdə sevərək dinlədiyimiz RADİO TAMAŞA mədəniyyətinin bərpası üçün radio pyeslərin hazırlanması.

Məhşur sima və müəlliflərin AudioKitabda öz kitablarını və ya fərqli kitabları səsləndirməsi.

FACEBOOK ŞƏRH YAZ