• Siyasət • Gündəm

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü GÖZLƏNİLİR

83
28-07-2021, 15:39

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yeni görüşü planlaşdırılır.

BAKU.NEWS Ermənistan KİV-nə istinadən xəbər verir ki, Moskvada keçirilməsi planlaşdırılan görüşdə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan bir sıra məsələləri müzakirə edəcək.

Bu məsələlər arasında Rusiya qoşunlarının Zod kəndindən başlayaraq Xəzinəvar kəndinə qədər olan sərhəd zolağında yerləşdirilməsi, Azərbaycanla Ermənistan arasında sərhəd mübahisələrinin qarşısını almaq üçün rəsmi demarkasiya və delimitasiya proseslərinin keçirilməsi, həmçinin, Naxçıvanla Azərbaycanın qalan ərazisi arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə erməni tərəfinin yazılı zəmanəti və s. var.

Görüşün keçiriləcəyi tarixlə bağlı müzakirələr davam edir.

Azərbaycan, Ermənistan və Rusiya liderləri Qarabağda hərbi əməliyyatları dayandıran 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə yanaşı, 2021-ci il yanvarın 11-də Moskvada üçtərəfli görüş keçiriblər.

FACEBOOK ŞƏRH YAZ