• İqtisadiyyat • Gündəm

Şuşaya dəmir yol xətti çəkiləcək

267
23-07-2021, 13:05

Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparılır.

BAKU.NEWS-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir:

“Orada tunellər bir az çoxdur və dağlıq ərazidir. Bilirsiniz ki, Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının çəkilməsi vacib olacaq. Bununla bağlı tapşırıq verilib, işlər davam edir”.

FACEBOOK ŞƏRH YAZ