• Cəmiyyət • Gündəm

Londonun ən bahalı məhkəməsi bitdi - Əhmədov 186 milyon ödəyəcək

248
17-07-2021, 08:10

İngiltərənin boşanma məhkəmələrinin indiyə qədər gördüyü ən böyük maliyyə mübahisəsinə son qoyulub. Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədovaya 186 milyon dollar təzminat ödəməyə razı olub.

BAKU.NEWS Qafqazinfo-ya istiandla bildirir ki, Tatyana Əhmədova bu məbləği nəğd və incəsənət əsərləri qismində qəbul edib. Təzminat 2016-cı ilin məhkəmə hökmündə göstərilən məbləğin üçdə biri qədərdir. Yeni qərarla Fərhad Əhmədovun 115 metr uzunluğundakı 9 göyərtəli super yaxtası “Luna” özündə qalacaq.

Tatyana Əhmədovanın nümayəndəsi zənglərə cavab verməyib və qərarı şərh etməyib.

Qeyd edək ki, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir. London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq iş adamının ona 635 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarmışdı. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan etmişdi.

Fərhad Əhmədovla Tatyana Əhmədova 1993-cü ildə ailə qurub 2014-cü ildə boşanıblar.

FACEBOOK ŞƏRH YAZ