• Dünya • Hadisə • Gündəm

CAR-da iğtişaşlarda ölənlərin sayı 212-yə çatdı

98
17-07-2021, 10:51

Cənubi Afrika Respublikasında artıq bir həftədir səngimək bilməyən iğtişaşlar davam edir.

“RİA Novosti”nin məlumatına görə, ötən günlərdə olduğu kimi, bugünki etirazlarda da onlarla şəxs ölüb.

Bununla da, təhlükəsizlik qüvvələrilə toqquşmalarda həlak olan dinc sakinlərin ümumi sayı 212-yə çatıb.

Həmçinin, yüzlərlə etirazçının saxlanıldığı bildirilib.

Qeyd edək ki, CAR-da iğtişaşlar iyulun 9-dən etibarən başlayıb. Ölkənin keçmiş prezidenti Ceykob Zumanın həbs olunması əhali arasında ciddi narazılığa səbəb olub.

FACEBOOK ŞƏRH YAZ