• İqtisadiyyat • Gündəm

Azərbaycan və Türkiyə KOB-ları arasında əməkdaşlıq genişləndiriləcək

141
16-07-2021, 19:10

Türkiyәnin Azərbaycandakı səfiri Cahit Bağcı KOBİA-da olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) BAKU.NEWS-a verilən məlumata əsasən, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyәnin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı arasında görüş keçirilib.

Görüşdə hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə təşəbbüslərin reallaşdırılmasına, KOB-ların iştirakı ilə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

FACEBOOK ŞƏRH YAZ