• Hadisə • Gündəm • Bölgə

Göygöldə 31 yaşlı kişi minaya düşərək ölüb

146
15-07-2021, 08:29

Göygöl rayon sakini rayon ərazisində minaya düşüb.

BAKU.NEWS-un məlumatına görə, hadisə rayonun Bənövşəli kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu kəndin otlaq sahəsində heyvan otararkən minaya düşərək həlak olub.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ