• İdman • Gündəm

Tokio-2020: Açılış mərasimi azarkeşsiz keçirilə bilər

472
6-07-2021, 17:13

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi azarkeşsiz keçirilə bilər.

BAKU.NEWS bildirir ki, tədbirə yalnız sponsor şirkətlərin nümayəndələrinin, eləcə də siyasətçilərin və diplomatların girişinə icazə veriləcəyi gözlənilir. Hazırda yarışın təşkilatçıları məhz bu variantı nəzərdən keçirirlər.

Təşkilat Komitəsi bu həftə Yaponiyaya gələcək Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Thomas Bax ilə sözügedən məsələni müzakirə edəcək.

Daha əvvəl olimpiadaya əcnəbi tamaşaçıların buraxılmayacağı bildirilib. Yerli sakinlər üçün isə bütün idman qurğularının ümumi tutumunun 50 faizi qədər azarkeşin iştirakına icazə veriləcək.

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçiriləcək.

FACEBOOK ŞƏRH YAZ