• Gündəm • Sosial

Prezident əmək pensiyalarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb

229
27-02-2019, 19:59

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Baku.News xəbər verir ki, qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:

“Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 2017-ci il iyulun 1-dən 110 manat məbləğində müəyyən olunmuşdu.

FACEBOOK ŞƏRH YAZ