• Gündəm • Cəmiyyət • Mədəniyyət

Fuad Poladov - 71

284
24-05-2019, 18:03

Bu gün Fuad Poladovun doğum günüdür. Yaşasa 71 yaşını qeyd edəcəkdi.

Baku.News - un xəbərinə görə, Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR-nin xalq artisti 1948-ci il may ayının 24-də Bakıda doğulub.


Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972).

Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.

Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.

İyirmi il bu kollektivdə işləyib.

20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.

1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

2015-ci ildə “Aktrisa” filminə görə “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.

Qeyd edək ki, Fuad Poladov 2018-ci il mayın 5-də, 69 yaşında vəfat edib.

FACEBOOK ŞƏRH YAZ