• Mədəniyyət • Gündəm

Xarkovun mərkəzində Nizami Gəncəvinin heykəli ucaldılacaq

573
22-06-2021, 18:18

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin, o cümlədən azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadənin abidələri hazırlanıb.

BAKU.NEWS bildirir ki, Xarkovun mərkəzi hissəsində ucaldılacaq Nizami Gəncəvinin abidəsinin müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədov, Mirzə Fətəli Axundzadənin abidəsinin müəllifi isə həmyerlimiz, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdur.

FACEBOOK ŞƏRH YAZ