• Siyasət • Dünya • Gündəm

Ərdoğanın səfər proqramı açıqlandı

28
15-06-2021, 10:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı bəlli olub.

BAKU.NEWS TRT-yə istinadən xəbər verir ki, Bakıya gələn Ərdoğan buradan Ermənistan işğalından azad edilən Şuşaya yollanacaq.

Türkiyə lideri Şuşada Prezident İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Bundan sonra liderlərin təkbətək görüşü olacaqş ardından müqavilələr bağlanacaq və birgə mətbuat konfransı keçiriləcək.

Ərdoğan gecəni Bakıda keçirəcək və ertəsi gün təmaslarını davam etdirəcək. Prezident çərşənbə günü Azərbaycan Milli Məclisinə xitab edəcək.

O, Azərbaycana səfərinin son günündə Türkiyə Milli Komandasının Uelslə keçirilən oyununu izləyəcək.

FACEBOOK ŞƏRH YAZ