• Dünya • İdman • Sosial • Gündəm

Avro-2020-nin qalibi nə qədər qazanacaq?

60
14-06-2021, 23:01

AÇ-2020-nin mükafat fondu məlum olub.

BAKU.NEWS xəbər verir ki, UEFA turnirdə iştirak edən 24 komanda üçün ümumilikdə 371 milyon avro ayırıb. AÇ-2016-da isə bu məbləğ 304 milyon avro idi.

AÇ-2020-də iştirak edən hər bir milli komanda 9,25 milyon avro qazanacaq. Qrup mərhələsində qələbə qazananlar 1,5 milyon, heç-heçə edənlər isə 750 min avro əldə edəcəklər. Qrupdan çıxan komandalara 2 milyon avro veriləcək.

Bundan sonra 1/4 finala yüksələnlər 3 milyon 250 min avro, yarımfinalçılar isə 5 milyon avro qazanacaqlar. AÇ-2020-nin gümüş mükafatçısına 7 milyon avro ödəniləcək. Turnirin qalibini isə 10 milyon avro məbləğində mükafat gözləyir.

AÇ-2016-nın çempionu Portuqaliya yığmasına 8 milyon avro verilmişdi.

FACEBOOK ŞƏRH YAZ