• Siyasət • Dünya • Gündəm

Makron Ərdoğanla görüşündən danışdı

35
14-06-2021, 21:47

“Prezident Ərdoğan Liviya torpaqlarında əməliyyat keçirən muzdlu əsgərlərin və əcnəbilərin ən qısa zamanda çəkilməsinin zəruriliyi məsələsindəki arzusunu mənə dedi”.

BAKU.NEWS xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra deyib.

O bildirib ki, bu məsələdə Ərdoğanla razılığa gəliblər:

“Bu, sadəcə, ikimizə bağlı deyil. Bunun önəmli addım olduğunu düşünürəm. Önümüzdəki həftələrdə bununla bağlı onunla işləyəcəyik”.

Qeyd edək ki, Makron-Ərdoğan görüşü mətbuata qapalı olmaqla, 50 dəqiqə davam edib.

FACEBOOK ŞƏRH YAZ