• Dünya • Sosial • Gündəm

İraqda iki kütləvi məzarlıq aşkarlandı - FOTOLAR

42
13-06-2021, 23:31

İraqın Mosul vilayətində təxminən 500 nəfərin basdırıldığı iki kütləvi məzarlıq aşkarlanıb.

BAKU.NEWS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hər iki kütləvi məzarlıq Mosul vilayətinin qərbindəki Badoş həbsxanası yaxınlığında tapılıb.

İraq Şəhid Yaxınları Qurumunun nümayəndəsi Ziya Kərim qurbanların 2014-cü ildə öldürüldüyünü bildirib.

123 cəsədin çıxarıldığını qeyd edən Kərim oxşar kütləvi məzarlıqların Təlafər və Sincar rayonları yaxınlıqlarında da olduğunu dilə gətirib.

FACEBOOK ŞƏRH YAZ