• Siyasət • Sosial • Qarabağ • Gündəm • Hərbi

“Minalanmış ərazinin kiçik hissəsinin xəritəsini vermişik” - Paşinyan

45
13-06-2021, 11:11

“Ermənistan Azərbaycana minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib”.

BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi Ermənistan üçün prioritetdir.

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

FACEBOOK ŞƏRH YAZ