• Siyasət • Dünya • Gündəm

Sarkisyanın seçki blokunun nümayəndəsi tutuldu

23
11-06-2021, 15:32

Ermənistanda "Şərəfim var” seçki blokundan deputatlığa namizəd, Armavirin keçmiş meri Ruben Xlqatyan saxlanılıb.

BAKU.NEWS Azvision.az-a istinadla xəbər verir ki, bu barədə “Facebook”da onun vəkilləri Qayane Papoyan və Arsen Sardaryan bildirib.

Onların sözlərinə görə, bu, siyasi təqibdir. Məqsəd, seçki ərəfəsində "Şərəfim var" blokunun siyasi fəaliyyətinə müdaxilə etməkdir.

Vəkillər məhkəməyə müraciət edəcəklərini vurğulayıblar.

Xatırladaq ki, blokun təsisçisi sabiq prezident Serj sarkisyanın Respublika partiyası və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, "Vətən" partiyasının lideri Artur Vanetsiyandır.

FACEBOOK ŞƏRH YAZ